“Mədəniyyət.AZ” jurnalının yeni sayı

“Mədəniyyət.AZ” jurnalının yeni sayı
14 noyabr 2017
# 15:57

“Mədəniyyət.AZ” jurnalı yenə də maraqlı məqalələrlə oxucuların görüşünə gəlib.

Dərginin növbəti sayında da həmişəki kimi mədəniyyətin, incəsənətin, ədəbiyyatın, turizmin müxtəlif sahələrini əhatə edən dolğun yazılar yer alıb.

Turizm qeyri-neft sektoru olaraq ölkəmizdə daha da vüsət alır. Elə ilk səhifələrdə özünü doğruldan Bakı Soppinq festifalı, onun xarici mətbuatdakı əks-sədası və möhtərəm Prezidentimizin bununla bağlı imzaladığı çox əhəmiyyətli sərəncam diqqət çəkir.

Bu payız cəmiyyətimiz ənənəvi kitab günlərini yaşadı, paytaxtımız özünün və dünyanın tanınmış nəşriyyatlarının məhsullarını kitabsevərlərə təqdim elədi. V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında xalqımızın kitaba göstərdiyi ehtirama geniş yer ayrılıb.

Jurnalın hərzamankı prioritet mövzuları işğaldakı torpaqlarımızı unutdurmamaq, dönə-dönə xatırlamaq, xatırlatmaqdır... Uğrunda şəhid olan igid oğullarımız yazılarda əbədi yaşadılır, xatirələri əziz tutulur.

Ədəbiyyat səhifələri bu dəfə də mənəvi xəzinəmizə, ədəbi irsimizə üz tutub Natəvan, Cavid, Şaiq zirvələrindən dünyaya boylanır, “Nobel mükafatı” ucalığına nəzər salır.

Musiqi rubrikası ənənəvi Üzeyir Musiqi Festivalından söz salaraq, oxucuları musiqimizin Üzeyir sehrinə daldırır.

Gələn il milli kinomuzun 120 illik yubileyidir. Yubiley ərəfəsində hələlik kiçik hesabatla kifayətlənərək daha geniş araşdırmaların anonsu verilir.

Rəngkarlıqdan söhbət açılıb Kamal Əhməd istedadı incələnir.

Aşıq musiqimizin Ustad Ədalət, Dədə Şəmşir möcüzəsindən yazılır.

Vətənimizin gözəlliklərinin seyrinə gələnlər də unudulmayıb, ölkəmizin turizm potensialına nəzər salınıb.

Elmi tədqiqatların nəticəsi jurnalın daimi “Elm” bölümündə öz əksini tapır.

# 1303 dəfə oxunub

Müəllifin son yazıları

# # #