Azərbaycanlı yazar Rumıniyada birinci oldu

Azərbaycanlı yazar Rumıniyada birinci oldu
21 yanvar 2016
# 10:19

Rumıniyanın Krayova Universiteti və Krayova “Marin Soresku” Milli Teatrının birlikdə keçirdiyi “Krayova Dram 2016” beynəlxalq dram müsabiqəsinin nəticələri elan edilib. APA-nın məlumatına görə, qaliblər arasında azərbaycanlı yazar Jalə İsmayıl da var.

O, “Oxşar” pyesi ilə müsabiqənin birinci mükafatına layiq görülüb.

Müsabiqədə Rumıniya, Moldova, Fransa kimi ölkələrdən 47 yazarın 68 əsəri iştirak edib.

Müsabiqənin böyük mükafatına Rumıniyadan “Qoca və eftanaziya” əsəri ilə İonel Buşe layiq görülüb. Əsər “Marin Soresku” Milli Teatrında tamaşaya qoyulacaq. I yeri tutmuş əsərə Krayova Universitetinin “Aktyor sənəti” emalatxanasının aktyor və tələbələri tərəfindən səhnə həyatı veriləcək.

Bu ilin aprel ayında qısa siyahıya düşmüş bütün əsərlər kitab kimi çap olunacaq.

# 975 dəfə oxunub

Müəllifin son yazıları

# # #