Marsel Prustun əlyazmaları çap olunacaq

Marsel Prustun əlyazmaları çap olunacaq
13 fevral 2021
# 10:13

Məşhur yazıçı Marsel Prustun "İtirilmiş zamanın axtarışında" adlı romanının yeni təfərrüatlarını açıqlayan əlyazmalarının ilk nəşri “Yetmiş beş vərəq” adı ilə kitab halında mart ayında Fransada nəşr olunacaq.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Parisdin ən köhnə nəşriyyatlardan biri olan Gallimard məlumat verib. 1908-ci ildə yazıldığı ehtimal olunan yetmiş beş səhifəlik əlyazma redaktor Bernard de Fallua tərəfindən saxlanılıb.

Mütəxəssislər hesab edirlər ki, bu əlyazmalar yazıçının “İtirilmiş zaman axtarışında” romanını dərindən tədqiq etmək üçün xəritə rolunu oynaya bilər.

# 981 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #