Tərcüməçilərin məlumat reyestri yaradılır

Tərcüməçilərin məlumat reyestri yaradılır
12 avqust 2015
# 11:58

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Azərbaycanda və xaricdə fəaliyyət göstərən tərcüməçilərin məlumat reyestrini yaradır.

Mərkəzdən APA-ya verilən məlumata görə, Azərbaycanda və xaricdə fəaliyyət göstərən tərcüməçilər Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin Məlumat reyestrinə daxil olmaq istəyən tərcüməçilər müvafiq sənədləri Ə.Topçubaşov 74, yaxud [email protected] elektron ünvanına göndərməlidirlər.

Tərcüməçilərdən şəxsiyyət vəsiqəsinin surəti, 2 ədəd fotoşəkil, diplomun surəti, əlaqə telefonu və elektron ünvanı mərkəzin elektron ünvanına göndərmək xahiş edilir.

Ətraflı məlumat aztc.gov.az və achiqkitab.az saytlarının “Tərcüməçilərin məlumat reyestri” bölməsində yerləşdirilib.

# 1139 dəfə oxunub

Müəllifin son yazıları

# # #