Əlisa Nicatdan yeni roman

Əlisa Nicatdan yeni roman
18 iyun 2013
# 14:42

Yazıçı-filosof Əlisa Nicatın "Ehram" romanı çap olunub.

Roman "Ehram" yayınları tərəfindən hazırlanıb. Azərbaycanda yeni fəaliyyətə başlayan "Ehram" yayınlarının rəhbəri Dilqəm Əhmədin Kulis.Az-a verdiyi məlumata görə, bu yayınlardan çap olunan kitablar cəmiyyətdə geniş marağa səbəb olacaq, həmçinin oxucuların büdcəsinə uyğun olacaq.

Yayınların adı isə çap olunan ilk kitabın - "Ehram"ın adına uyğun olaraq götürülüb. Kitab hazırda şəhərimizin kitab mağazalarında var, qiyməti cəmi 3 AZN-dir.

Dilqəm Əhməd həmçinin onu da bildirib ki, iyunun 23-ü, saat 17:00-da Bakı Jurnalistika Məktəbində Əlisa Nicatın iştirakı ilə “Ehram”ın təqdimatı və satışı təşkil olunacaq.

# 1613 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #