“Oda” Teatrında qeyri-adi konsert olacaq

“Oda” Teatrında qeyri-adi konsert olacaq
2 iyul 2015
# 13:39

İyunun 3-ü, saat 19-da “Oda” Teatrında Şəbnəm Abdullazadənin konserti olacaq. Teatrdan Kulisə verilən məlumata görə, konsert aktyorların müşayiəti ilə keçiriləcək.

Konsert “Oda” Teatrı tərəfindən təşkil olunur. Belə ki, Şəbnəm xanım 2014-cü ildən “Oda” Teatrında aktrisa kimi fəaliyyət göstərir. Eyni zamanda kamança ifaçısıdır.

Konsertdə fərqli performanslar nümayiş olunacaq və ofisiant geyimli aktyorlar tamaşaçılara içkilər hədiyyə edəcək. Teatr heyəti arasında fransız aktrisa Elza Furtado da yer alacaq. Konsert zamanı tamaşaçıları müxtəlif sürprizlər də gözləyir. Konsertə qonaq musiqiçilər də təşrif buyuracaq.

# 920 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #