"Bu şəhərdə" 200 minlik "Şabaş"ı təqdim etdi - Foto

"Bu şəhərdə" 200 minlik "Şabaş"ı təqdim etdi - Foto
7 dekabr 2019
# 10:40

“Bu şəhərdə” komandasının “Şabaş” adlı filminin “CinemaPlus” kinoteatrında təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, baş rollarını Əməkdar artistlər Coşqun Rəhimov və Rəfael İsgəndərovun oynadığı “Şabaş” fimində komandanın üzvləri ilə yanaşı bir çox tanınmış simalar da iştirak edib. Ənənəyə sadiq qalaraq bu filmdə də Coşqun və Rəfael fərqli qadın obrazları ilə tamaşaçı qarşısına çıxıb.

Gallery

Filmin ssenari müəllifi “Bu şəhərdə” komandasının ssenaristi Müşviq Abbasov ekran işinə 200 min manat pul xərclədiklərini bildirib.

Qeyd edək ki, film “Bu şəhərdə” “productionun” lentə aldığı üçüncü filmdir.

Gallery

# 3935 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #