Tərcümə Mərkəzinin saytları təqdim olundu

Tərcümə Mərkəzinin saytları təqdim olundu
5 noyabr 2014
# 14:59

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi rəhbərliyinin mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, konfransda mərkəzin yaranması, fəaliyyəti və həyata keçirilməsi nəzərdə tutulan işlərlə bağlı məlumat verilib.

Mərkəzin mətbuat işləri üzrə müşaviri Fərid Hüseynov bildirib ki, Tərcümə Mərkəzi gələcək fəaliyyətində bədii, elmi-kütləvi və rəsmi sənədlərin tərcüməsi ilə bağlı bir sıra layihələr həyata keçirəcək.

Mətbuat konfransında Tərcümə Mərkəzinin aparat rəhbəri Yaşar Əliyev jurnalistlərin suallarını cavablandırıb. O, həmçinin Mərkəzin qarşısında duran vəzifələr, ölkədə tərcümə sahəsinin vəziyyəti, mövcud problemləri və onların həlli yolları ilə əlaqədar görülən işlər barədə məlumat verib.

Tədbirdə Mərkəzin rəsmi saytının (aztc.gov.az) və həftəlik mətbu orqanı olan “Aydın yol” qəzetinin saytının (aydinyol.az) təqdimatları olub.

# 1827 dəfə oxunub

Müəllifin son yazıları

# # #