Türkiyəli rəssam Turan Erol və həyat yoldaşı Türken Erol eyni gündə dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, Türken Erol səhər saatlarında, Turan Erol isə saat 16:00 radələrində vəfat edib.
Erol cütlüyünün ölüm xəbərini jurnalist Şükrü Küçükşahin instaqram hesabında paylaşıb: "Sənətimiz üçün kədərli bir gündür. Ustad, Türkiyənin sənət abidəsi Turan Erol müəllimimizi itirdik. Onun həyat yoldaşı Türken Erol isə səhər saatlarında dünyadan köçdü. Bir-birini sevən bu iki insan bir ömür sürdükdən sonra eyni gündə dünya ilə vidalaşdılar. Mərhumların bütün ailə üzvlərinə və sənət aləminə başsağlığı verirəm”.
- Azərbaycana realizmi gətirən ilk əsərlər
- "Gladiator 2" 23 il bu səbəbdən gecikib
- 50 il gecikən etiraf