"Azərbaycanfilm" uşaqlar üçün film çəkir

"Azərbaycanfilm" uşaqlar üçün film çəkir
3 iyul 2014
# 17:38

C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında uşaqlar üçün “Dəyərli adlar” tammetrajlı bədii filmin çəkilişlərinə başlanılıb.

Kinostudiyanın direktoru Müşfiq Hətəmovun APA-ya verdiyi məlumata görə, film uşaqlar arasında ünsiyyətdən, onların həyata, müasir texnologiyaya münasibətindən bəhs edir.

Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, rejissorları Cavid Əhmədov və Rafiq Əliyev, operatoru Rauf Qurbanəliyevdir.

# 1495 dəfə oxunub

Müəllifin son yazıları

# # #