Rok ifaçısının ölümünə görə matəm elan edildi

Rok ifaçısının ölümünə görə  matəm elan edildi
10 may 2023
# 12:30

Braziliyada tanınmış rok müğənnisi Rita Linin vəfatı ilə üç günlük matəm elan edilib.

Kulis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Respublika Prezidenti Luiz Inácio Lula da Silva müğənni Rita Li Yonas di Karvalyonun vəfatı ilə bütün ölkə daxilində üç günlük rəsmi matəm elan edib”, - deyə Braziliya dövlət başçısının mətbuat xidmətinin məlumatında qeyd edilib.

Lula da Silva da sosial şəbəkələrdə paylaşım edib və burada ifaçını ölkənin ən parlaq musiqiçilərindən biri adlandırıb. Onun sözlərinə görə, o, “Braziliya rok kraliçası” adına həqiqətən layiq olub.

Qeyd edək ki, 2021-ci ildə Rita Liyə ağciyəri diaqnozu qoyulub və sənətçi mayın 8-də axşam San-Pauludakı evində dünyasını dəyişib.

# 988 dəfə oxunub

Müəllifin son yazıları

# # #