Azərbaycan teatrı beynəlxalq festivalda

Azərbaycan teatrı beynəlxalq festivalda
18 iyun 2014
# 16:14

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, 20-23 İyun tarixində Rusiyanın Sergiyev Posad şəhərində keçirilən "У Троицы" beynəlxalq teatr festvalında iştirak edəcək. Kulis az-ın teatrdan əldə etdiyi məlumata görə, teatr festivalda rejissor Aleksandr Şarovskinin quruluş verdiyi "Maskarad” (M.Lermontov) tamaşasını təqdim edəcək.

Tamaşada, respublikanın xalq artistləri Yuri Baliyev, Aleksandr Şarovski, respublikanın əməkdar artisti Natalya Şarovskaya, aktyorlar - Mariya Dubovitskaya, Maqsud Məmmədov, Murad Məmmədov, Teymur Rəhimov, Olqa Arsentyeva, Yeganə Hüseynli, İnna İmranova, Fatimə Əliyeva, Fəridə Nesterenko, Olesya Qasımova, Zaur Terequlov, Fərid Bəhramov, Rüstəm Kərimov, Səfa Mehti, Nazim Cabbarov, Yuri Omelçenko oynayırlar. "Maskarad” tamaşası, dünya şöhrətli rus yazıçısı Mixayil Lermontovun 200 illiyinə həsr olunub.

"U Troitsa" festivalı Rusiyalı rahib Sergey Radonejskinin anadan olmasının 700 iliyinə həsr olunub. Festivalda müxtəlif ölkələrdən 17 teatr kolektivi iştirak edir.

# 1473 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #