Oqtay Mirqasımov: "İbrahimbəyovun kinonu necə məhv etdiyini görmüşəm"

Oqtay Mirqasımov:  "İbrahimbəyovun kinonu necə məhv etdiyini görmüşəm"
5 mart 2024
# 13:12

"Mən düşünürəm ki, bu səsvermə mexaniki mahiyyət daşıyır".

Kulis.az xəbər verir ki, bu sözləri kino ittifaqlarının birləşmə konfransında iştirak edən rejissor Oqtay Mirqasımov deyib.

O, daha sonra əlavə edib:

"Biz yuxarı orqanlara birləşmə haqqında müraciət eləmişik. Seçilmə prosesinin içində nələr olduğunu bilirik. Cənab sədrimizin də icazəsi ilə burda əyləşən insanlara müraciət etmək istəyirəm. Biz istədik ki, birləşmə və seçki tədbiri Azərbaycan mentallığı ilə səsləşən formada baş tutsun. Amma tamam başqa cürə oldu. Mən düşünürəm ki, bu səsvermə mexaniki mahiyyət daşıyır. İbrahimbəyovun kinonu necə məhv etdiyini görmüşəm. İstəmirəm ki, təzədən belə hal baş versin".

Ülvi Bahadır

# 935 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #