Azərbaycanda ilk dəfə tele-opera çəkilib

Azərbaycanda ilk dəfə tele-opera çəkilib
15 aprel 2019
# 14:46

Görkəmli bəstəkar Fikrət Əmirovun “Sevil” operası əsasında tele-opera çəkilib.

ONA xəbər verir ki, layihənin ideya müəllifi Azərbaycan televiziyası “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovdur.

Tamaşada baş rolları əməkdar artistlər Afaq Abbasova (Sevil), Ramil Qasımov (Balaş), İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Cahangir Qurbanov (Babakişi), Əli İbrahimov (Atakişi), xalq artisti Əkrəm Poladov (Məmmədəlibəy), Fəhmin Əhmədov ifa ediblər.

R. Qasımov layihənin həyata keçirilməsini mədəni sahədə böyük addım adlandırıb: “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli ədib və böyük dramaturq, Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi haqqında ölkə rəhbəri sərəncam verib. Bu məqsədlə düşündük ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Fikrət Əmirovun “Sevil” operasını tele-opera şəkilində çəkib xalqımıza təqdim edək”.

Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı, Mədəniyyət Nazirliyi, Akademik Opera və Balet Teatrının birgə layihəsi kimi reallaşan tele-opera yüksək texnoloji avadanlıqla lentə alınıb, HD formatla çəkilib.

Tamaşanın dirijoru Akademik Opera və Balet Teatrının baş dirijoru, əməkdar artist Eyyub Quliyev, baş rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

# 2266 dəfə oxunub

Müəllifin son yazıları

# # #