"Nisəyə haqqımı halal etmirəm".
Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Ceyran Haşımova "Xoş gəldim" verilişində deyib.
O, Xalq artisti Nisə Qasımovadan incidiyini etiraf edib:
"Nisə Qasımova nankor insandır. Ona yalvarmayacağam ki, gəlsin, məni axtarsın. Nisəyə haqqımı halal etmirəm. Heç zaman da ona haqqımı halal etməyəcəyəm, çünki onun üzərində dünyanın zəhmətini çəkmişəm. Nisə vəfasız olsa da, "Xalq aristi" fəxri adını daşıyır".
Axşam.az