İyunun 30-da Bakıdakı “Art Tower” qalereyasında tanınmış amerikalı gənc rəssam Mətyu Sekutanın fərdi rəsm sərgisi açılacaq.
Sərgi Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Arts Concil Azerbaijan” QHT-sinin təşkilatçılığı ilə keçiriləcək. Bu barədə “Arts Concil Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib.
Ekspozisiyada ABŞ və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair əsərlər yer alacaq.
Sərgi iyulun 10-dək davam edəcək.
Qeyd edək ki, Mətyu Sekuta ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın oğludur. /azertag.az/