Pelevin Facebook haqda roman yazdı

Pelevin Facebook haqda roman yazdı
5 avqust 2014
# 10:22

Sentyabrda rus yazıçısı Viktor Pelevinin “Üç zükerbrinə sevgi” (Sergey Brin və Mark Zükerberq – Googlenin və Facebookun yaradıcıları nəzərdə tutulur) romanı satışa çıxacaq.

“Eksmo” nəşriyyatının redaktorları romana çoxmənalı xarakteristika veriblər: “Bu, acı məyusluqlarla və ziddiyyətli nəticələrlə dolu, günümüzə dinamik elegiyadır”.

Romanda günümüzün əsas trendləri - Facebook, Google, tolerantlıq, istehlak kultu, internet asılılığı, informasiya köləliyi, terrorizm, Ukrayna məsələsi ilə bağlı tənqidi qeydlər var.

Həmçinin, sentyabrda, Pelevinin əsərlərinin birinci cildi satışa çıxacaq. Bura yazıçının “Göy fənər”, "Omon Ra", "Çapayev və Pustota", "Həşəratların həyatı”, "Generation P" və başqa əsərləri daxildir.

Kitaba illüstrasiyaları yazıçının pərəstişkarları çəkib. “Eksmo” rəsssamları müsabiqə əsasında seçib.

Pelevinə dünya şöhrətini 1999-cu ildə yazdığı "Generation P" əsəri gətirib. Müxtəlif dillərə çevrilən roman dünyada 3,5 milyon nüsxə satılıb.

# 2033 dəfə oxunub

Müəllifin son yazıları

# # #