Anar: “Qapım Murada açıqdır”

Anar: “Qapım Murada açıqdır”
10 fevral 2016
# 12:02

“Murad nə zaman istəyirsə gələ bilər, mənim qapım hər zaman açıqdır.” Bu sözləri Kulisə açıqlamasında Anar deyib.

O daha sonra bildirib: “Bu çox yaxşıdır. Mən Allah deyiləm ki, bağışlayıb- bağışlamamaq səlahiyyətim olsun. Murad Köhnəqala istedadlı şairdir, mən o vaxt “Min beş yüz ilin Oğuz şeiri” antologiyasını hazırlayanda onun şeirlərini də salmışdım. Təəssüf ki, son illər yazdıqlarından xəbərim yoxdur.”

Xatırladaq ki, Murad Köhnəqala aznews.az-a müsahibəsində Anarla aralarında yaşananlara görə peşman olduğunu bildirmişdi.

# 2058 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #