Kulis.az-ın “The Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə ukraynalı jurnalist Vitaliy Sedyuk bu dəfə Bred Pittə hücum edib.
Hadisə dünən Hollivudda El Capitan kinoteatrında Anjelina Colinin rol aldığı “Maleficent” filminin premyerası zamanı baş verib.
Aktyor pərəstişkarlarına avtoqraf verərkən Sedyuk onun üstünə atılaraq sillə vurub.
Polislər ukraynalı jurnalisti həbs edib.
Xatırladaq ki, Sedyuk bundan əvvəl başını Kann festivalında aktrisa Amerika Ferreranın əlbisəsinin altına soxmuşdu.