Azərbaycanlı yazarın Türkiyədə kitabı çap olundu

Mina Rəşid, şair, nasir

Mina Rəşid, şair, nasir

6 yanvar 2022
# 17:42

Bu günlərdə Türkiyənin “Asmaaltı” İstanbul Nəşriyyatında şair və nasir Mina Rəşidin uşaqlar üçün qələmə aldığı “Jalənin əlləri” adlı kitabı işıq üzü görüb.

Müəllifin Kulis.az-a verdiyi məlumata görə, əsərləri türk dilinə yazıçı-tərcüməçi Abdulkadir Özkan tərcümə edib.

Doqquz maraqlı hekayə və nağıllardan ibarət kitab haqqında təqdimat yazısında bildirilir ki, 6-8 yaş qrupu üçün nəzərdə tutulan bu nağıl və hekayələr uşaqların xəyal dünyasını genişləndirəcək və onlar vaxtdan zövq alacaqlar. Uşaqlar həmçinin bu əsərlərdən gözəl söhbətin, ailəsi tərəfindən himayə edilməyin, təmizliyin, paylaşmağın, insanlarla xoş davranmağın, mehribanlığın vacibliyini də anlayacaqlar.

# 1578 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #