“Mahmud və Məryəm”in premyerası olub

“Mahmud və Məryəm”in premyerası olub
27 sentyabr 2013
# 10:13

Dünən “Nizami” Kino Mərkəzində Xalq Yazıçısı Elçinin “Mahmud və Məryəm” filminin premyerası olub.

Kulis.az-ın məlumatına görə, təqdimat mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak ediblər.

Filmin rejissoru Mehmet Ada Öztəkin, prodüseri isə Sevda Kayğısızdır. Ekran əsəri Azərbaycan və Türkiyə arasında müştərək kino layihəsidir. Film Türkiyənin “24 Kare” şirkəti tərəfindən ekranlaşdırılıb.


Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb.

Ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıblar.

# 2842 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #