Keti Perrinin konsertində təhlükəli anlar

Keti Perrinin konsertində təhlükəli anlar
21 iyul 2025
# 10:28

Müğənni Keti Perri San-Fransiskoda "Lifetimes" turu zamanı çıxışlarından birində çətin anlar yaşayıb.

Kulis.az xəbər verir ki, o, kəpənək formalı qurğunun üzərində havada hərəkətdə olarkən onun dayağı sınıb. "Kəpənək"lə birlikdə tamaşaçıların başı üzərində havada ilişib qalan müğənni ifasını da yarımçıq qoyub.

Daha sonra o, yaxşı olduğunu göstərmək üçün əlini qaldırıb və "Roar" mahnısını ifa etməyə davam edib. Bu hadisədən sonra qurğu yenidən hərəkət etməyə başlayıb.

# 111 dəfə oxunub

Müəllifin son yazıları

# # #