Əlilliyi olanların sərgisi keçiriləcək

Əlilliyi olanların sərgisi keçiriləcək
11 iyul 2018
# 16:25

İyulun 12-də “Əlil Qadınlar” Cəmiyyətinin ofisi yaxınlığındakı parkda (Yasamal rayonu, Əhməd Cavad küçəsi, 7A.) əlilliyi olan insnaların əl işlərindən ibarət sərgi keçirləcək.

Kulis.azın verdiyi xəbərə görə, sərgi Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Əlil Təşkilatları İttifaqı və “Əlil Qadınlar” Cəmiyyətinin birgə təşkilatçılığı ilə təşkil olunur

Müxtəlif dövlət qurumları və beynəlxalq qurumların nümayəndələri, KİV nümayəndələrinin iştirak edəcəyi tədbirdə 20-ə yaxın xüsusi qayğıya ehtiyacı olan insanın tikmə, qrafika, xalçaçılıq və s. əl işləri nümayiş olunacaq.

Maraqlananlar iştirak edə bilərlər.

# 1181 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #