“Mateo Falkone” filmi yeniləşmiş versiyada təqdim olunacaq

“Mateo Falkone” filmi yeniləşmiş versiyada təqdim olunacaq
20 may 2019
# 17:08

Mayın 22-də saat 19-da Nizami Kino Mərkəzində görkəmli Azərbaycan rejissoru Tofiq Tağızadənin 100 illik yubileyi ilə əlaqədar tədbirlər şərçivəsində “Mateo Falkone” filmi yeniləşmiş versiyada tamaşaçılara təqdim olunacaqdır.

Kulis.azın verdiyi xəbərə görə, film “Balans” milli rəqəmsal studiyasında bərpa edilib.

Prosper Merimenin novellası əsasında çəkilmiş film milli kinomuzun qızıl fonduna daxildir. Bu filmin yaranmasında Azərbaycan mədəniyyəti və kinosunun korifeyləri Tofiq Tağızadə, Rasim Ocaqov, Kamil Nəcəfzadə, Qara Qarayev, Rüfət Şabanov, Niyazi, Nodar Şaşıqoğlu, Tamilla Ağamirova, Ceyhun Mirzəyev, Anatoli Falkoviç və Hacımurad Yegizarov kimi Azərbaycan mədəniyyəti və kinosunun dahi simaları bu filmin yaranmasına öz töhvələrini vermişlər.

# 1507 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #