Mona Liza nəyə gülür? - Beş əsrlik sirr açıldı

Mona Liza nəyə gülür? - <span style="color:red;">Beş əsrlik sirr açıldı
16 aprel 2018
# 11:10

Kaliforniya alimləri Leonardo do Vinçinin məşhur əsərindəki Mono Lizanın mübahisələr yaradan təbəssümünün sirrini tapıblar.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, San Dieqo universitetinin tədqiqatçıları öz araşdırmalarının nəticələrini elan ediblər.

Onlara görə, Mono Lizanın neytral üz ifadəsinin xeyirxah təbəssümdən bədxah çaşqınlığa qədər müxtəlif interpretasiyalar qazanmağı baxan adamın buna qədər nələr görməsi ilə bağlıdır.

Bunu anlamaq üçün alimlər 40 könüllü üzərində təcrübə keçiblər. Məlum olub ki, gülümsəyən insan simasına baxdıqdan sonra onlar Mona Lizanın neytral simasını xoşbəxt üz kimi interpretasiya ediblər.

.

# 1049 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #