Məşhur şəhərə Teylor Sviftin adı verildi

Məşhur şəhərə Teylor Sviftin adı verildi
5 iyul 2024
# 11:02

Dünyaca məşhur amerikalı müğənni Teylor Sviftin şərəfinə Almaniyada bir şəhərin adı dəyişdirilərək "Sviftkirxen" adlandırılıb.


Kulis.az xəbər verir ki, Gelzenkirxendə konsert verməyə hazırlaşan 34 yaşlı müğənniyə möhtəşəm jest edilib.

Sviftin şərəfinə şəhərin adı müvəqqəti olaraq "Sviftkirchen" olaraq dəyişdirilib.

Svift fanatlarından biri bələdiyyə sədrinə "Sviftkirxen" adını təklif edib və bir neçə həftə əvvəl petisiya başladılıb.

“Sviftkirxen” yazılan lövhə pop ikonasının çəhrayı portreti ilə bəzədilib və şəhərin mərkəzində yerləşir.

Qeyd edək ki, Gelzenkirxen keçmiş kömür mədəni şəhəridir. Şəhər futbol komandası ilə və vaxtaşırı Svift kimi beynəlxalq sənətçiləri cəlb edən nəhəng stadionu ilə tanınır.

# 504 dəfə oxunub

Müəllifin son yazıları

# # #