İranda Azərbaycan dilində “Ögey gəlin” adlı yeni film çəkiləcək.
Kulis.azın Azərtaca istinadən verdiyi məlumata görə təbrizli rejissor Əsgər Yüsifinejad filmin İranın kinoteatrlarında nümayiş etdiriləcəyini bildirib.
Hazırda filmin ssenarisi üzərində işlədiyini deyən Ə. Yusifinejad yaxın günlərdə ssenarini tamamlayacağını və çəkilişlərə başlayacağını bildirib. Çəkilişlər Təbriz və Tehran şəhərlərində aparılacaq.
- Könül Kərimova gileyləndi: "Nəfəsimiz kəsildi”
- Mir Cəlal Paşayevin məqaləsi Milli Kitabxanaya gətirilib
- Ancelina Coli yeni filmə çəkilir
Xatırladaq ki, rejissorun Azərbaycan dilində çəkdiyi “Ev” adlı birinci filmi ötən ay Tokio və Avstraliyada keçirilən festivallarda nümayiş olunub.