Viktor Hüqonun şeirlərinin əlyazması tapılıb

Viktor Hüqonun şeirlərinin əlyazması tapılıb
24 yanvar 2020
# 17:38

Fransanın şərqindəki "Viktor Hüqo" adına kollecdə Hüqonun şeirinin əlyazması tapılıb.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, kollecin direktoru Jan Jak Fitotun sözlərinə görə, Yeni il bayramı ərəfəsində təmizlik işləri aparan zaman otaqların birindən Hüqonun “Kasıb uşaqlar” adlı şeirinin nadir əlyazması tapılıb.

Tədqiqatçıların fikrincə, çox yaxşı formada saxlanılan əlyazmanın 150 yaşı var. Şeir 1837-ci ildə işıq üzü görən "Daxili səslər" toplusunda yayımlanıb.

# 1798 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #