"Xəzər" jurnalının yeni onlayn sayı

"Xəzər" jurnalının yeni onlayn sayı
14 aprel 2014
# 15:59

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni onlayn sayı işıq üzü görüb. Jurnaldan 525.az-a verilən məlumata görə, xezerjurnali.blogspot.com-a daxil olub yeni ədəbi materialları oxumaq mümkündür.

- Xilas yolunun yolçuları - Hüseyn ibn Mənsur Həllac – “Doğuluşdan sufiliyə qədər uzanan əfsanəvi həyat yolu”;

- Bəşəri poeziya rubrikasında Dayana Di Primanın (ABŞ) şeirləri;

- Servantes mükafatı laureatları - Migel Delibes (İspaniya) – “Taxtdan salınmış şahzadə” (roman);

- Çağdaş rus ədəbiyyatı - Valeri İvanov - Taqanski – “Ayaqyalın” (Hekayə);

- Müqəddəslər və onların söylədikləri - Sirri Səqəti;

- Aforizmlər və sitatlar - Qabriel Qarsia Markes (Kolumbiya);

- Klassik hekayələr - Ruben Bareyro Saqiyer (Paraqvay) – “Vur-tut bircə an”

- Coan Roulinq (İngiltərə) – “Suallarınıza cavab versəm, hamının kefi pozulacaq” (Müsahibə);

- Debüt rubrikasında Məhəbbət Hacıyevanın tərcüməsində Ezra Paundun (ABŞ) şeirləri;

- Səhnə ədəbiyyatı - A. P. Çexov – “Qu quşu nəğməsi” (pyes)

# 2208 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #