Mahnı Teatrında uşaqlar üçün tamaşa

Mahnı Teatrında uşaqlar üçün tamaşa
9 iyun 2017
# 09:35

İyunun 18-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında uşaqlar üçün İ.Morazovun əsəri əsasında hazırlanmış “Doktor Aybolit” adlı tamaşanın premyerası olacaq.

Mahnı Teatrının təşkilatçılığı ilə nümayiş ediləcək səhnə əsəri xoreoqraf Ella Hacıyevanın quruluşunda təqdim ediləcək.

Bu barədə direktor müavini İlqar Musayev məlumat verib. Gözlənilməz macarlarla dolu olan səhnə əsərinin janrı ikipərdəli baletdir. Tamaşanın qəhrəmanı bütün növ heyvanları xilas etmək üçün mübarizə aparır.

Tamaşanın premyerasına qatılmaq istəyənlər biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər. /azertag.az/

# 916 dəfə oxunub

Müəllifin son yazıları

# # #