“Qarabağlı Hüseynalı bəy” romanının təqdimat mərasimi keçirilib

“Qarabağlı Hüseynalı bəy” romanının təqdimat mərasimi keçirilib
15 mart 2016
# 12:03

Gənc Tamaşaçılar Teatrında “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunan Rövşən Asifoğlunun “Qarabağlı Hüseynalı bəy” romanının təqdimat mərasimi keçirilib. Kulisin məlumatına görə təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Yaradıclıq Fondunun təşkilat şöbəsinin rəhbəri Fuad Cəfərov kitab barədə oxuculara geniş məlumat verib.

O qeyd edib ki, bu kitabın məhz cənab prezident İlham Əliyevin elan etdiyi Multikulturalizm ili çərçivəsində çap olunması təsadüfi deyil.

Tədbirdə çıxış edən qonaqlar roman haqda öz təəssüratlarını bölüşüb.

Sonda müəllif imzalı kitabları oxuculara təqdim edib.

Qeyd edək ki, “Qarabağlı Hüseynalı bəy” romanı “Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından çap olunan 8-ci kitabdır.

# 1001 dəfə oxunub

Müəllifin son yazıları

# # #