Markes mükafatının qalibi bəlli oldu

Markes mükafatının qalibi bəlli oldu
25 noyabr 2014
# 12:05

Kolumbiyanın paytaxtında Qabriel Qarsiya Markesin adına təsis olunmuş mükafatın ilk təqdimetmə mərasimi keçirilib. Kulis.Azın məlumatına görə mükafatın qalibi argentinalı yazıçı Qiermo Martines olub.

Qiermo Martines mükafata “İyrənc xoşbəxtlik” adlı hekayələr toplusuna görə layiq görülüb. Ölkə prezidenti hadisənin ədəbiyyat aləmi üçün əhəmiyyətini vurğulayaraq Qiermo Martinesin 21-ci əsr Latın Amerikası ədəbiyyatçıları arasında layiqli yer tutacağına ümid etdiyini bildirib.

Ədəbiyyat müsabiqəsində 2013-cü ildə ispandilli ölkələrdə çap edilmiş 123 əsər iştirak edirdi. Müsabiqənin finalçıları argentinalı Karolina Bruk, meksikalı Ektor Manxares, ispan Oskar Sipan və çilili Alexandro Sambra olub.

# 1162 dəfə oxunub

Müəllifin son yazıları

# # #