Xalq artistinə ağır itki üz verdi

Xalq artistinə ağır itki üz verdi
4 sentyabr 2014
# 09:19

Xalq artisti, kinoaktrisa Nuriyə Əhmədovanın oğlu bu səhər vəfat edib. Bu barədə kulis.az-a aktrisanın yaxınları məlumat verib.

37 yaşlı İslamzadə Əli Xanlar oğlu bu gün saat 14:00-da Mərdəkanda torpağa tapşırılacaq.


Xəbər verdiyimiz kimi, Ə.İslamzadə ağciyər və ürək çatışmazlığından əziyyət çəkirdi. Avqust ayının sonlarında vəziyyəti kəskinləşdiyindən 3 saylı Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Orada bir neçə gün qaldıqdan sonra həkimlər ağır xəstəni evə buraxmışdı.

# 2074 dəfə oxunub

Müəllifin son yazıları

# # #