Tərcümə Mərkəzində Nigar Həsənzadənin kitabının təqdimat mərasimi keçirildi

Tərcümə Mərkəzində Nigar Həsənzadənin kitabının təqdimat mərasimi keçirildi
29 dekabr 2023
# 15:56

Azərbaycan Dövlət Tərcümə Mərkəzində tanınmış şairə Nigar Həsənzadənin Azərbaycan dilində çap olunan ilk kitabının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, seçilmiş şeirlərin rus dilindən tərcüməçisi Salam Sarvan, redaktoru Mahir Qarayevdir.

Kitaba ön sözü Ramiz Rövşən yazıb.

Mərasimdə çıxış edən Azərbaycan Dövlət Tərcümə Mərkəzinin rəhbəri, Xalq yazıçısı Afaq Məsud bildirib ki, Nigar Həsənzadənin dilimizdə çap olunan ilk kitabı çox uğurlu alınıb. Seçilmiş şeirlərin rus dilindən Azərbaycan dilinə tərcümə edən Salam Sarvan bu işi çox böyük ustalıqla həyata keçirib.

# 632 dəfə oxunub

Müəllifin son yazıları

# # #