“Koroğlu” Bülbülə həsr olunacaq

“Koroğlu” Bülbülə həsr olunacaq
7 dekabr 2017
# 17:12

Dekabrın 16-da Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşası keçiriləcək.

Tamaşa görkəmli Azərbaycan müğənnisi Bülbülün 120 illik yubileyinə həsr olunmuşdur.

Tamaşada Koroğlu partiyasını Əməkdar artist Fərid Əliyev ifa edəcəkdir. Tamaşada həmçinin Əməkdar artistlər İlahə Əfəndiyeva (Nigar), Cahangir Qurbanov (Həsən xan), Əkrəm Poladov (Alı), Əliəhməd İbrahimov (Təlxək), Xalq artistləri Əli Əsgərov (İbrahim xan), Fidan Hacıyeva (Xanəndə qız), Sabir Əliyev (Vəli), solistlərdən Taleh Yahyayev (Ehsan paşa), Tural Ağasıyev (Həmzə), Fəhmin Əhmədli (Vəzir) çıxış edəcəklər.

Tamaşanı Xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcəkdir.

# 1246 dəfə oxunub

Müəllifin son yazıları

# # #