"İlıq bir su kimidir içimdə yalnızlığım..." - Fazil Hüsnü Dağlarca

"İlıq bir su kimidir içimdə yalnızlığım..." - Fazil Hüsnü Dağlarca
26 avqust 2026
# 16:00

Bu gün məşhur türkiyəli şair Fazil Hüsnü Dağlarcanın doğum günüdür.

Kulis.az onun "Yalnızlığım" şeirini tədim edir.

İlıq bir su kimidir içimdə yalnızlığım,
Yalnızlığım, ruhumda uzaq bir səs kimidir.
Hər səhər üfüqlərdən mavi şərqilər gəlir,
Və hər səhər ürpənir içimdə yalnızlığım.

Günəşim aydan sarı, sabahım dünəndən çətindirsə,
Sarsın artıq ömrümü bürünc qəndillərin hisi.
Üşüyən əllərimdən tutmalıydı kimsə,
Əgər mənim gözlərim onları görmürsə...

Bir şüşənin arxasında açılır güllərim,
Hovuzum bərq vurur... yuyur baxışlarımı.
İşləyir təmiz ziyalar suya naxışlarımı;
Ruhumun dünyasından əsir xəyallarım.

Yuxu küləklərində bir yarpaq yalnızlığım,
Düşüncəm bir neydir ki, ürpənir pərdə-pərdə.
Bəlkə bu misralarım əsəcək könüllərdə,
Fəqət hər kəsə uzaq qalacaq, yalnızlığım.

Türkcədən sətri tərcümə: Aydan Ağayeva

# 98 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər