Nobel mükafatlı kolumbiyalı yazar Qabriel Qarsiya Markes Meksikanın paytaxtı Mexikoda xəstəxanaya yerləşdirilib. Kulis.Az-ın haberturk.com saytına istinadən verdiyi məlumata görə Meksika Səhiyyə Nazirliyi 87 yaşındakı Qarsiya Markesin maye itkisi ilə yanaşı ağciyər xərçəngi və bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirildiyini bildirib.
Dünya ədəbiyyatının böyük romançılarından olan Qarsiya Markes Nobel Ədəbiyyat Mükafatına 1982-ci ildə layiq görülüb.
Ədəbiyyatda magik realizm cərəyanının önəmli nümayəndələrindən olan Markesin 1967-ci ildə çap olunmuş “Yüz ilin tənhalığı” romanı ona dünya şöhrəti qazandırıb..