“Ozan” elm və sənət toplusunun yeni nömrəsi çap olundu

“Ozan” elm və sənət toplusunun yeni nömrəsi çap olundu
8 yanvar 2024
# 15:40

Azərbaycan Aşıqlar Birliyi (AAB) tərəfindən nəşr olunan “Ozan” elm və sənət toplusunun yeni nömrəsi çapdan çıxıb.

Kulis.az xəbər verir ki, toplu AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının anadan olmasının 65 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyinin təbrik məktubu, professorla bağlı Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Alim, şair, və ozan ömrünün yetkinlik zirvəsi” və ədəbiyyatşünas alim Qurban Bayramovun “Orxan Paşanın şeiri, qoşa qanadın sehri...” adlı məqalələri ilə açılır.

Topluda professor Məhərrəm Qasımlının “Usta gözünün saz nuru”, Musa Nəbioğlunun “Sazbəndlik sənəti” və “Ustadlar ustadı Sadıq Sultanov”, Qəndab Əliyevanın “XIX-XX əsrlər Güney aşıqlığından üç ustad: Balovlu Miskin, Miskin Əsəd və Hüseyn Cavan”, Fəridə Kazımovanın “Kitabi-Dədə Qorqud” dastanında epik ifadələrin folklor semantikası”, Qüdrət Umudlunun “Şirvanın ünlü sənətkarı”, Leyla Məmmədovanın “Nənəmin xalçası: ilmələr bizə nə deyir?”, Həzi Həsənlinin “Könül, dolan bu dağları” və “Meydanda mərdi-mərdanə” adlı elmi və elmi-publisistik məqalələri, ustad aşıqlardan Sadıq Sultanov və Məmmədağa Babayevin şeirləri təqdim olunub.

AAB-nin 2023-cü ilin ikinci yarısında həyata keçirdiyi tədbirlər barədə xəbərlər və “Qurbani” dastanı da öz əksini tapıb.

# 530 dəfə oxunub

Müəllifin son yazıları

# # #