Fevral ayının 27-də Türkiyənin paytaxtı Ankara şəhərində Dünya Rəssamlar Günü münasibəti ilə tədbir keçiriləcək. Tədbirdə Azərbaycanı Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan Rəsm Komitəsi başkanı, rəssam Nəvai Metin təmsil edəcək.
Nəvai Metindən aldığımız məlumata görə tədbir uzun illərin gərgin mübarizəsindən sonra baş tutub. Belə ki , Türkiyədə Çoban rəssam kimi tanınan rəssamı Süleyman Şahin 2006-cı ildə Vinsent Van Qoqun məzarı üstündə and içib ki, Dünya Rəssamlar Gününün qeyd olunmasına nail olacaq.
Rəssam Süleyman Şahinin, rəssam Bayronun, Memik Kibarkayanın uzun illər ərzində apardığı mübarizədən sonra ilk dəfə bu gün qeyd olunur. 27 fevralda Abdi İpekci parkında müxtəlif yerlərdən gələn rəssamlar canlı rəsm çəkəcəklər.