Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli Sabirabadda vətəndaşları qəbul edəcək.
Kulis.az APA-ya istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 26 yanvar 2023-cü ildə, saat 10:00-da Sabirabad şəhər Heydər Əliyev Mərkəzində (Sabirabad şəhəri, Heydər Əliyev prospekti, 95) Sabirabad, Şirvan şəhərlərindən və Saatlı, Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.
Vətəndaşlar 21 yanvar 2023-cü il tarixinə qədər nazirliyə müraciət edərək qəbula yazıla bilərlər.