Əkrəm Əylisliyə dəstək aksiyası

Əkrəm Əylisliyə dəstək aksiyası
3 fevral 2013
# 18:31

Fevralın 3-də M. Ə. Sabir adına bağda bir qrup yazar, bəstəkarlar və gənc fəallar Əkrəm Əylisliyə qarşı təşkil olunan kampaniyalara etiraz olaraq aksiya keçiriliblər.

Aksiyada yazarlar Seymur Baycan, Günel Mövlud, Elnur Astanbəyli, bəstəkarlar Elmir Mizoyev, Firudin Allahverdi, rejissor Əli İsa Cabbarov iştirak ediblər.

Tədbirdə iştirak edənlər Əkrəm Əylisliyə qarşı aparılan aksiyalara etiraz etdiklərini, bu cür kampaniyaları pislədiklərini bildiriblər.

Əkrəm Əylisliyə qarşı təşkil olanan aksiyaları pisləyib, sözə qarşı sözlə, yazı il cavab verməyin düzgün olduğunu, kitab yandırmaq, yazıçının evinin qabağına yığışmaq kimi etiraz növlərinin qəbuledilməz olduğunu bildiriblər.

# 3610 dəfə oxunub

Müəllifin son yazıları

# # #