"İRƏLİ" Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi davam edir.
Kulis.az xəbər verir ki, layihə çərçivəsində növbəti konsert 25 yanvar, saat 15:00-da Qara Qarayevin ev muzeyində gənc piano ifaçısı Ərtoğrul Balayevin iştirakı ilə baş tutacaq.
Layihənin başlıca məqsədi gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafı və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.
- Elçin Şıxlı: “Mehdi Hüseyn dedi ki, səhv yaşamışam” MÜSAHİBƏ
- XXI əsrin ən yaxşı 10 filmi - SİYAHI
- “Humay” mükafatının qalibləri məlum olub
Qeyd edək ki, Ərtoğrul Balayev müxtəlif vaxtlarda Çexiya, İspaniya və Portuqaliyada keçirilən festival və müsabiqələrində uğur qazanıb.