Pikassonun yeni əsəri tapılıb

Pikassonun yeni əsəri tapılıb
18 iyun 2014
# 10:36

Amerikan alimləri və sənətşünasları Pablo Pikassonun tablosunun altında gizlədilmiş başqa bir rəsm aşkar ediblər. Onlar Infraqırmızı işıqlandırmadan istifadə edərkən, onun ilk şedevrlərindən olan “Mavi otaq” əsərinin altında onlar saqqalı kişi portretinin olduğunu görüblər. Bu barədə Kulis.az ria.ru saytına istinadən xəbər verir.

Mütəxəssislərin söylədiyinə görə, “Mavi otaq” rəsmi kostyum və kəpənək qalstuk geyinmiş, başını əlinə söykəmiş kişinin rəsmini gizləyir. Təsviri dəqiqləşdirmək üzərində mütəxəssilər beş ildən artıq çalışıblar. Onların ehtimalına görə, rəsmdəki Ambroz Viyyar adlı qalereyaçının portretidir.

Vaşinqtonda rəsmin saxlandığı Phillips Collection adlı şəxsi muzeyin kuratorlarından və rəsmin sahiblərindən olan Patrisia Faveronun sözlərinə görə, görünür, Pikasso 1901-ci ildə, “Mavi otaq” əsərini çəkəndə özünə yeni kətan ala bilməyib: “Ona ilham gələndə özünə kətan almağa imkanı ilmayıb və dərhal fırçanı alıb və işləməyə başlayıb. Bəzən o adi kartona çəkib, çünki kətan çox baha idi”.

“Mavi otaq” əsərinin özündə başqa bir rəsm gizlədiyi hələ 1954-cü ildə fərz olunurdu. Fillips kolleksiyasının kuratorlarından biri fırçanın qeyri adi yaxıntısına diqqət edib və şübhəyə düşüb.

Xatırladaq ki, “Mavi otaq” Pikassonun özündə başqa bir rəsm gizləyən yeganə əsəri deyil. Onun “Həyat” və “Ütü çəkən” əsərlərinin də belə xüsusiyyəti var.

# 2613 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #