Məşhur filmin davamı çəkiləcək

Məşhur filmin davamı çəkiləcək
31 may 2022
# 11:20

Hollivud kino sənayesinin ən məşhur prodüserlərindən biri Cerri Brukhaymer bir vaxtlar haqqında danışılan, lakin sonradan heç bir açıqlama eşitmədiyimiz "Böyük Xəzinə 3" filmi ilə bağlı yeniliklər paylaşıb.

Kulis xəbər verir ki, "Top Gun" filminin təqdimat mərasimində iştirak edən C.Brukhaymer "Böyük Xəzinə 3"ün hazırda inkişaf mərhələsində olduğunu bildirərək pərəstişkarlarını sevindirib.

Xatırladaq ki, Brukxaymerin prodüserliyi və Con Turteltaubun rejissorluğu ilə çəkilən ilk "Böyük Xəzinə" filmi 2004-cü ildə, onun davamı olan "Böyük Xəzinə: Sirlər Kitabı" isə 2007-ci ildə tamaşaçılara təqdim olunub.

# 1159 dəfə oxunub

Müəllifin son yazıları

# # #