Atatürk qadağası

Atatürk qadağası
10 may 2013
# 14:28

Azərbaycanda “Atatürk” adı qadağan olunacaq. Bu barədə Türkiyənin “Hürriyət” qəzetinə danışan Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova məlumat verib.

Azərbaycanlıların qardaş ölkə Türkiyə və onun qurucusu Mustafa Kamal Atatürkə bəslədiyi sevgiyə görə bu addan istifadə etdiklərini bildirən S. Sadıqova “Atatürk” adının Türkiyədə də qadağan edildiyinə görə bu qərarı qəbul etdiklərini söyləyib.

Uşaqlara əcnəbi, cəmiyyətə yad olan adların qoyulmasının qarşısını almaq üçün Milli Məclisə 8 min adın olduğu siyahı göndərdiklərini deyən S. Sadıqova Atatürkün tarixi şəxsiyyət olduğu üçün bu adın ancaq ona məxsus olduğunu qeyd edib: “Siyahıda “Atatürk” adı da olacaq, bundan sonra ölkədə “Atatürk” adının uşaqlara qoyulmasına icazə verməyəcəyik”.

Qeyd edək ki, 1991-ci ildə Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra 18 nəfərə “Atatürk” adı verilib.

# 2878 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #