Musiqili Teatrda ilk premyera

Musiqili Teatrda ilk premyera
22 sentyabr 2016
# 10:34

Oktyabrın 1-də Musiqili Teatrda yeni mövsümün ilk premyerası olacaq.

Teatrdan Kulis.Az-a bildirilib ki, Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” adlı musiqili nağıl-tamaşası balaca tamaşaçılar üçün nəzərdə tutulub.

Tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, rejissoru Elməddin Dadaşov, rejissor assistenti Tamilla Aslanova, geyim üzrə rəssamı Yelena Almazovadır.

Rolları gənc aktyorlar Əmrah Dadaşov, Güldanə Əzimova, Eleanora Mehdiyeva, Ruslan Mürsəlov, Zinyət Qurbanova, Şaban Cəfərov, Fərid Rzayev və Cəlalə Novruzlu ifa edəcəklər.

# 869 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #