“Dua kimi oxunan şeirlər”

“Dua kimi oxunan şeirlər”
25 fevral 2013
# 10:14

AMEA-nn Əlyazmalar İnstitutunun əməkdaşı, jurnalist İbrahim Quliyevin müasir poeziyanın problemlərindən və ədəbi tendensiyalardan bəhs edən “Dua kimi oxunan şeirlər” adlı yeni kitabı işıq üzü görüb. Kitab üç fəsildən ibarətdir. Birinci fəsildə ümumi ədəbi proses təhlil edilir, ədəbiyyatda dialektikanın inkarı inkar qanunun heç bir rol oynamadığı, əksinə, belə bir tendensiyanın mənfi nəticələr doğurduğu əks olunur.



“Dua kimi oxunan şeirlər” kitabı xalq şairi Sabir Rüstəmxanlının “Qələminə inandığım dostlar” və tənqidçi, filologiya elmləri doktoru Rəhim Əliyevin “Dünyan poetik mənalandırma qabiliyyəti” adlı ön sözləri ilə açılır.


Qeyd edək ki, kitab “Qanun” nəşriyyatında işıq üzü görüb.

# 2735 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #