Pikassonun 70 milyonluq tablosunu korladılar

Pikassonun 70 milyonluq tablosunu korladılar
14 may 2018
# 11:00

Nyu-Yorkda Pablo Pikassonun “Dənizçi”adlanan avtoportretini restavrasiya etmək üçün auksiondan çıxarıblar.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, 70 milyon dollar qiymət qoyulan portret korlanıbmış. Hadisənin necə olması barədə məlumat verilmir.

Pikassonun avtoportretini auksiondan onun indiki sahibi amerikalı milyarder Stiv Uinn çıxarıb. O, portreti restavrasiyaya göndərəcəyini deyib.

# 1028 dəfə oxunub

Müəllifin son yazıları

# # #