"Kərkük qalası" bərpa olunacaq

"Kərkük qalası" bərpa olunacaq
31 mart 2023
# 13:30

İraqın Kərkük şəhərində illərdir baxımsızlıq ucbatından sökülmək təhlükəsi ilə üzləşən tarixi "Kərkük"qalası bərpa olunacaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, tarixi abidənin təmirinə təxminən 20 milyon dollar ayrılıb.

Təmir işlərinin İraq Mədəniyyət Nazirliyi, Planlaşdırma Nazirliyi və Kərkükdəki yerli administrasiya tərəfindən birgə aparılacaq.

İllərdir İraqda davam edən qarşıdurma və terror hadisələri səbəbiylə baxımsız qalan tarixi qalanın bərpa işlərinə bu ilin ilk yarısında başlanılacağını bildirilib.

Qeyd edək ki, eramızdan əvvəl 884-cü ildə tikilmiş və bir çox sivilizasiyaların beşiyi olmuş "Kərkük" qalasında Səlcuqlu və Osmanlı dövrünün izləri var.

Irak'ta yıkılmanın eşiğindeki tarihi Kerkük Kalesi restore edilecek - 1


# 1049 dəfə oxunub

Müəllifin son yazıları

# # #