Filosofların seks həyatı

Filosofların seks həyatı
8 iyul 2019
# 21:00

Hamımız onları tanıyırıq.

Fəlsəfə tarixində məktəb yaratmış, düşüncələri ilə dünyanın gedişatını dəyişdirən, böyük düşünən filosoflar...

Bəlkə də böyük düşündükləri üçün böyük səhvlər buraxanlar da yenə onlar oldular.

Bəhrələndiyimiz “Qeyri-adi Filosoflar kitabı”nda dünyanın ən böyük filosoflarının ən adi cəhətləri deşifrə edilir.

Adətən hamı onların fəlsəfələrio ilə maraqlanır, onların bir insana xas olan adi cəhətləri arxaya atılır.

Bu dəfə isə yanaşma fərqli olub.

Kitabın müəllifləri Naycel Rodces və Mel Tompson dahi filosofların yaşantılarının əsərlərinə nə qədər təsir etdiyini bütün incəliklərinə qədər oxuyucuya təqdim edirlər.

Nitsşe sekssiz yaşamasaydı, Sartr anasına bu qədər bağlı olmasaydı, Rassel mazoxizmi bu qədər sevməsəydi, tarix daha fərqli olardımı görəsən? Düşüncələri başqa cürmü formalaşardı? Bu sual açıq qalır və deyəsən sona qədər də belə olacaq. Çünki həyatda eksprimentlər olmur.Kulis.az filosofların özəl həyatını təqdim edir



Zorakılıq və zövq düşkünü - Fuko


Həyatı və nəzəriyyə arasında heç bir fərq olmadığına inanan Mişel Fuko, bir filosofun düşündüyü kimi yaşamasının lazım olduğuna inanıb. Əslində həyatı da bu inancın panoramasına çevrilib. “20-ci əsrin Marks”ı kimi xarakterizə edilən Fuko – miyop ( göz xəstəliyi), ağıllı, zorakılığa meylli və cinsi baxımdan doymaz biri idi. 1984-cü ildə QİÇS-dən ölən filosof, son gününə qədər Parisin gecəqondularında QİÇS-ə yoluxmuş qara kişilərlə yatıb-durmaqdan imtina etmədi. Cinsi əlaqələrində qırmancdan istifadə edir və bundan böyük zövq alırdı. Onun sevgililəri ilə yaşadıqları “erotik zülm teatrı” adlandırılır.

Fuko həmçinin göydələnin səkkizinci mərtəbəsinə köçərək, başqa evlərdə yaşayan cavan kişiləri axtarmaq üçün durbindən istifadə etmək adətini də heç vaxt tərgitmədi. Hamamlarda təşkil etdiyi şəhvət orgiyalarını tənqid edənlərə və QİÇS təhlükəsini xatırladanlara isə cavabı belə idi: - "dəliqanlıların eşqi uğrunda ölmək ... Bundan daha gözəl nə ola bilər ki?"

Tələbəsini yatağa salıb sonra atan Haydegger


Məşuqəyə çevirdiyi yəhudi tələbəsi Arentdən və yəhudi ustadın (Husserl) onun üçün etdiklərindən faydalandıqdan sonra, yəhudilər əleyhinə ideologiyanın başbilənlərindən birinə çevrilən Haydegger tarixdə nasizmin Məsihi kimi qaldı. Məşuqəsi Arentlə əlaqəsinə görə müasirləri onu “səriştəsiz və köməksiz bir tələbəni yatağına soxan”, daha sonra məqsədləri naminə atan “mərhəmətsiz yırtıcı heyvan” olaraq təsvir edirdi. Nasist Partiyasının tərəfinə keçdikdən sonra, tələbələri üçün hərbi təhsil, o cümlədən düşərgələr təşkil edib. Bu düşərgələrdə tələbələri nasist forması geyinməyə məcbur edildilər. Rektor olduğu dövrdə Yəhudi tələbələrin diplom almasına maneələr törətdi. Eyni zamanda ustadı olan böyük filosof Husserlin kitabxanadan belə istifadə etməsinə qadağa qoydu.

Bir ana quzusu - Jan Poul Sartr

1980-ci ildə onun ölüm xəbərini qəzetlər "Sartr öldü! İmza - Tanrı" başlığıyla dərc etdilər. 20-ci əsrin ən böyük filosofu olaraq tanınan Jan Pol Sartr, həyatı boyunca qadınlar tərəfindən suda boğulmaqdan qorxur və bu qorxu ilə yaşayırdı. Həyatının son illərində tamamilə kor olan filosof, həyat yoldaşı Bavuarla söhbətlərində etiraf edib ki, qadınlarla arasında müəyyən məsafə saxlamasının əsas səbəbi anasına qarşı duyduğu insest (yaxın qohumlar arasında könüllü və ya könülsüz cinsi əlaqə) duyğuları və qadınlar tərəfindən atılmaq qorxusu olub. Feminizmin banilərindən olan Bavuarla sevgili olmasına baxmayaraq, o, həyatı boyunca qadınlarla əşya kimi rəftar edib. Olduqca çirkin olan Sartr Kamyuya gözəl bədən quruluşuna sahib olduğu üçün kin bəsləyirdi.

Aseksual… sifilis - Fredrix Nitsşe

“Fövqəninsan” anlayışının banisi və lopa bığlarıyla məşhur olan Nitsşe, əslində zəif, qismən kor, müntəzəm tutan baş ağrıları səbəbindən yataqdan qalxa bilməyən yazıq bir adam idi. Ağrılarının birinci səbəbi erkən yaşlardan bəri təkrarlanan göz problemləri və sinüzit (allergik soyuqdəyməyə bənzər xəstəlik növüdür) idisə digər səbəbi isə psixoloji problemlərlə bağlıydı. Kişilərə qadın yanına gedərkən qırmanclarını yanlarında götürməyi nəsihət etsə də, özü sifilisdən ölüb. “Subaylıq andı” içən filosofun yeganə sevgilisi Lu Salome olub. Bu münasibət də bir öpüşdən irəliyə gedə bilməyib. Cəmi bir dəfə sekslə məşğul olub, o da fahişəxanada. Sifilisə də burda yoluxub. Sifilis səbəbindən ağlını itirməzdən əvvəl etdiyi son şey isə küçədə qırmanclanan bir atı qucaqlayıb ağlamasıdır.

Rasselinin qadınları dəlixanada öldü

Tarix boyunca bütün cinsi təzyiqlərin cəzasını qadınların çəkdiyini söyləyən Bertran Rasselin qurduğu ailələr də onun bu fəlsəfi mühakiməsinin sübutu idi.

Üç əzablı boşanma, qırılmış qəlblər, dağılmış ailələr… Nəticədə hətta nəvələrinin də həyatı darmadağın oldu. Həyatında olan iki qadının ömürlərinin qalan hissəsini dəlixanada keçirməsi Rasselin sayəsində oldu. Oğulu Conun homoseksual olduğunu heç vaxt qəbul etmədi. Saysız eşq macərası ona “avara filosof” və ya “murdar Berti” kimi ləqəblər qazandırdı.

# 4966 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #